“İnstagram” redaktə edir

post-img

Bir çox mesencerlərdə tətbiq edilən göndərilmiş mesajların redaktəsi funksiyası “İnstagram”a da aid edilib. Belə ki, şəbəkə istifadəçiləri göndərilmiş mesajları redaktə edə biləcəklər. 

Əvvəllər istifadəçi “İnstagram”da göndərdiyi mesajı redaktə edə bilmə­diyindən onu silib səhvləri düzəltdikdən sonra yenidən göndərməli idi. İndi isə göndərilmiş mesajı 15 dəqiqə ərzində redaktə etmək mümkün olacaq. Bunun üçün mesajın üzərinə klikləyərək saxla­maq lazımdır. Sonda istifadəçiyə “Re­daktə olundu” qeydi göstəriləcək.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya