Abşeronda yağmursuz, bölgələrdə yağıntılı, dumanlı və küləkli...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən martın 14-də Bakıda və Ab­şeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güc­lənəcək. Gecə 4-7°, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə ara­bir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi şərq rayonla­rında arabir güclənəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq. 

Q.QASIMOV
XQ

Ekologiya