Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) müəlliflər tərəfindən dövlətçiliyə dair dəyərli nəşrlər daxil olub.
Təqdim edilən kitablar sırasında akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə”, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə nəşr olunan Azərbaycan Yazıçılar Birliyində şair- jurnalist Gülşən Behbudun “100 ilin imzası”, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum gününə həsr olunmuş Arzu Fərəcovanın “Zamana sığmayan ömür (hər birimiz üçün “Bizim Mehriban”)”, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) tərtibatında nəfis şəkildə dərc edilmiş “Sərkərdənin silahdaşı” kitab-albomu yer alıb.
Nəşrlərdə Heydər Əliyev epoxasından, “Kitabi-Dədə Qorqud” eposunun dünyada təbliğindən, ölkədaxili və beynəlxalq layihələrdən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, suverenliyimizin tam bərpası, dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahının yüksəlməsinə yönəlmiş əsas fəaliyyət istiqamətlərindən bəhs olunur.
Qeyd edək ki, sözügedən nəşrlər MEK-in sərgi salonundakı daimi sərgilərdə nümayiş olunur.
Anar ƏLİ
XQ