Vilayət Vəliyev: Türkiyə-Azərbaycan Universitetinə qəbulun nəticələri gözləniləndən yüksək olub

post-img

Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun ilkin nəticələri açıqlanıb.

Bu barədə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev özünün feysbuk hesabında məlumat paylaşıb. O bildirib ki, nəticələr gözləniləndən də yüksək olub: “Kompüter mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 684.9, ən aşağı nəticə 641.6; sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 663.7, ən aşağı nəticə 544.4; qida mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 632.8, ən aşağı nəticə 452.1 olub”.

Elm