Laçın rayon Zabux kənd tam orta məktəbində işləmək istəyən müəllimlər üçün qeydiyyat aparılır

post-img

Yaxın günlərdə Laçın rayonunun Zabux kəndində Ə. Məmmədov adına Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayacaq.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən  bildirilib ki, məktəbdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, informatika, coğrafiya, ingilis dili, fiziki tərbiyə fənləri üzrə işləmək istəyən müəllimlər üçün qeydiyyat aparılır.

Qeydiyyatdan keçmək istəyən namizədlər linkə daxil olaraq müraciət edə bilərlər.

Qeydiyyat noyabrın 23-dək davam edəcək.

Elm