Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilib

post-img

AMEA-nın Qafqazşünaslıq İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunan dəyirmi masa keçirilib.

Dəyirmi masanı elmi müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. M.Qasımlı qələbənin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin diplomatik zəkası və güclü siyasəti nəticəsində əldə edildiyini, dövlət suverenliyinin bütün ərazilərimizdə bərpa olunduğunu vurğulayıb.

Dəyirmi masada çıxış edən institutun icraçı direktoru siyasi eilmlər doktoru, dosent Ramilə Dadaşova, şöbə müdirləri tarix eilmləri doktoru, professor Qasım Hacıyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə, t.ü.f.d. Günel Musayeva, s.e.ü.f.d. Samirə Həbibbəyli qələbənin səbəbləri, dünyada və regionda əhəmiyyəti və təsiri barədə danışıblar.

Anar ƏLİ,

XQ

Elm