Avropa İttifaqı (Aİ) BMT-nin 29-cu iqlim sessiyasında iddialı maliyyələşdirmə və investisiya hədəflərini dəstəkləyərək qlobal iqlim fəaliyyətini təşviq etdirmək öhdəliyini bir daha təsdiqləyib.
Aİ-nin bu barədə bəyanatında deyilir: “Bu il müzakirələr COP28-də müəyyən edilmiş enerji keçidi məqsədlərinin gücləndirilməsinə yönəldiləcək. Bura qalıq yanacaqlardan istifadədən tədricən imtina edilməsi, 2030-cu ilə qədər bərpaolunan enerjiyə investisiyaların 3 dəfə artırılması və enerji səmərəliliyi tədbirlərinin 2 qat artırılması daxildir”.
Sənədə əsasən, Aİ qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdıran Paris Sazişinin məqsədinə nail olmaq üçün COP29 çərçivəsində beynəlxalq tərəfdaşlarla işləyir. Bunun üçün özəl sektor investisiyalarını, innovativ maliyyə mənbələrini cəlb etmək, eləcə də həm qlobal, həm də lokal səviyyədə əlverişli mühitin yaradılması zəruridir.
Aİ gələn il üçün iddialı töhfələrə də diqqət yetirir, çünki bu beynəlxalq qurum cari ilin əvvəlində 2040-cı il iqlim hədəfi ilə bağlı bəyanat dərc edərək artıq milli səviyyəli ianələrə əsaslanan töhfəsini hazırlayır və 2040-cı ilə qədər emissiyaları 90 faiz azaltmağı hədəfləyən qanunvericilik təklif etməyi planlaşdırır. Aİ komandası, həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq beynəlxalq karbon bazarları üzrə danışıqları başa çatdırmağı planlaşdırır.