Azərbaycan paytaxtı iqlim təşəbbüsləri meydanıdır

post-img

Pakistanlı ekspert, Avrasiya Əsri İnstitutunun direktoru İrfan Şahzad Təkalvi Azərbaycan mediasına müsahibəsində ölkəmizin COP29-a hazırlığını və konfransın uğurla həyata keçirilməsi üçün səylərini yüksək dəyərləndirib. 

Pakistanlı ekspert ötən illərdə respublikamızın bir sıra çoxtərəfli beynəlxalq tədbirləri uğurla təşkil etdiyini, təşkilati aparatının formalaşması sahəsində zəngin təcrübə qazandığını,  eyni zamanda, Azərbaycanın əsas faydalı qazıntı istehsalçısı və ixracatçısı olmasına baxmayaraq, qlobal iqlim dəyişikliyinin dünyaya təsirini azaltmaq üçün mühüm praktiki addımlar atdığını,  bütün bunların nəticəsində COP28-in plenar iclasında respublikaya evsahibliyi hüququnun verilməsinin ədalətli olduğunu bildirib.  

İrfan Şahzad Təkalvi COP29-un əsas mövzularından bəhs edərkən qarşıdakı sessiyada emissiyaların azaldılması və təmiz enerjiyə keçid ənənəsi kimi məsələlərə üstünlük veriləcəyinin gözlənildiyini diqqətə çatdırıb. Ekspert bundan başqa, iqlim maliyyəsinin də gündəmdə olduğunu xatırladıb. 

Avrasiya Əsri İnstitutunun direktorunun Azərbaycanda yaşıl enerjinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə fikirləri də diqqət çəkir: “Respublikanın təkcə öz istehlakı üçün deyil, həm də gələcək onilliklərə yönələn ixrac məqsədilə kifayət qədər qalıq yanacaq ehtiyatlarına malik bir ölkə üçün təmiz enerjiyə qlobal keçid istiqamətində atılan addımları təqdirəlayiqdir. Azərbaycan qazı bu qlobal dəyişikliyə töhfə verməklə bərabər, dünya üçün böyük əhəmiyyət kəsb edir. Ölkədə bərpaolunan enerji mənbələrinin kifayət qədər ehtiyatı var və bunu reallaşdırmaq zəruridir.

Ekologiya