“Yaşıl” iqtisadiyyat naminə kibertəhlükəsizlik

post-img

Bakıda “Yaşıl” iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş iki günlük konfrans işinə başlayıb. “Prosol” şirkətinin evsahibliyi ilə həyata keçirilən tədbir çərçivəsində Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin “CTF – Capture the Flag” kibertəhlükəsizlik müsabiqəsi təşkil olunub.

“Prosol” şirkəti İdarə Heyətinin sədri Babək Ağayev bildirib ki, sayca 4-cü olan bu konfrans dövlət–özəl qurum təmsil­çilərinin birgə fikir mübadiləsi apardıqları önəmli bir platformadır.

Hazırda qlobal səviyyədə kibertəh­lükəsizlik mövzusu vacib istiqamətlərdən biridir. Bu sahədə xaricdən asılılığın azal­dılması qarşıda duran əsas vəzifədir. Ki­bersahədə heç bir dövlətdən asılı olmamaq istiqamətində önəmli işlər görülür. Eləcə də, respublikamızda keçirilən “Yaşıl” iqti­sadiyyat naminə kibertəhlükəsizlik” konf­ransı bu istiqamətdə aparılan işlərə dəstək verir. Azərbaycanın texnoloji sferada da oynadığı hab rolu, ölkəmizdə dövlət və özəl sahədə fəaliyyət göstərən qurumların üzərinə çox böyük məsuliyyət qoyur.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov çıxışında vurğulayıb ki, hazır­da dünyada elə bir sahə yoxdur ki, rəqəm­sallaşmadan uzaq qalsın. Bu gün rəqəm­sal inkişafın meyillərini nüvə təhdidi ilə müqayisə edən S.Ələkbərov bildirib ki, bu konfrans sözügedən məsələləri zəruri edir. Son dövrlərdə dünyada baş verən hadisələr kibertəhlükəsizliyin önəmini daha qabarıq şəkildə nəzərə çarpdırır. 

Konfransda çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin kibertəhlükə­sizlik sahəsində milli ekosistemin forma­laşdırılmasına, inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmiz beynəlxalq səviyyəli “Kibertəhlükəsizlik indeksi”nin reytinq cədvəlində 36 pillə irəliləyərək 86-cı yerdən 50-ci yerə yüksəlib.

Ekologiya