Qarabağ karbonsuz zonaya çevriləcək

post-img

Bölgədə 10 su anbarı və 17 çay var

İşğaldan azad edilmiş ərazilər şirin su ehtiyatlarının zənginliyi ilə seçilir. Bunu Kənd Təsərrüfatı Nazirliyinin torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev ötən həftə Bakıda keçirilmiş “Su idarəetmə sistemlərinin iqlimə dayanıqlı kənd təsərrüfatında rolu: COP29 dəyirmi masa müzakirələri” zamanı bildirib. Onun sözlərinə görə, həmin ərazilərdə 10 su anbarı və 17 çayın olması şirin su ehtiyatlarımızı daha da əlçatan edir.

Ölkə Prezidenti İlham Əliyevin işğal­dan azad edilmiş əraziləri “yaşıl” enerji zonası elan etdiyini xatırladan nazirlik rəs­misi bildirib ki, Azərbaycan hökuməti bu ərazilərin 0 emissiya zonası elan edilməsi ilə bağlı öhdəlik götürüb. Ona görə də bu ərazilərdəki hidroenerji ehtiyatlar, eyni za­manda, suyun idarə edilməsi əsas hədəfdir.

Ekologiya