Ölkəmizin iqlim konfransına hazırlığı ABŞ-də yüksək dəyərləndirilir

post-img

COP29-un Azərbaycanda keçirilməsi ölkəyə dünya siyasətində özünü daha qabarıq ifadə etmək üçün əla imkanlar yaradıb. Bunu mediaya açıqlamasında Vaşinqtondakı Bay Atlantik Universitetinin politologiya və beynəlxalq münasibətlər üzrə professoru Paolo Von Şirah deyib.

Onun sözlərinə görə, Bakıda keçirilə­cək COP29 iqlim konfransı respublikanın potensialını nümayiş etdirmək üçün əla fürsətdir. Noyabrın 12-də gün ərzində dün­yanın hər yerindən gələn nümayəndələr Azərbaycanda olacaq, bir neçə gün ölkədə qalacaq və iqlim məsələlərinə dair bir çox əlavə tədbirlərdə iştirak edəcəklər.

COP29 təşkilatçılar komandası ilə bir neçə görüş keçirən ekspert onların yüksək peşəkarlığı sayəsində tədbirin böyük uğur­la keçəcəyinə əminliyini ifadə edib: “Azər­baycanda olarkən mən COP29 komandası ilə bir neçə görüşdə iştirak etdim. Düzü­nü desəm, belə bir böyük tədbirə hazırlıq prosesi kifayət qədər mürəkkəb idi. Ancaq əminliklə deyə bilərəm ki, indiki koman­danın seçimi çox yaxşı idi və onlar mütləq bu işin öhdəsindən gələcəklər”.

Professor daha sonra bildirib ki, bir çox ölkələr “yaşıl” enerjiyə doğru irəliləməyə çalışsalar da, bizim münasibətimizdən asılı olmayaraq, dünya uzun illər neft və qaz­dan asılılığa davam edəcək: “Bu, insan həyatının təbiətindən irəli gəlir, çünki neft və qazı tamamilə əvəz edə biləcək etibarlı alternativlərimiz hələ yoxdur”.

Ekspert sonda qeyd edib ki, bərpaolu­nan enerji mənbələrindən istifadəyə keçid çox müsbət tendensiyadır. Qlobal enerji balansında alternativ enerji mənbələrinin payının sürətlə artmasına baxmayaraq, bu sahə hələ də bazarda öz yerini tutmayıb. Başqa sözlə, bərpaolunan enerji mənbələ­ri iqtisadi səmərəlilik baxımından karbon mənbələri ilə bərabər şərtlərdə rəqabət apara bilməz. Buna görə də günəşli günlər­də istehsal olunan elektrik enerjisini saxla­ya və gecələr şəbəkəyə və ya istehlakçılara ötürə bilən ehtiyat sistemlər, yaxud batare­yalar lazımdır. Bu məsələ külək enerjisinə də aiddir. Bəzən külək güclü ola bilir, bu da sizə digər regionlarla müqayisədə məhsul­darlıqda üstünlük verə bilər. Ancaq buna baxmayaraq, bütün bunlar hazırlanma mərhələsindədir, lakin texnologiyalar inki­şaf edəcək və ya bəlkə də yeniləri meydana çıxacaq.



Ekologiya