“COP29 QHT Koalisiyası”nın sıraları genişlənir

post-img

“COP29 QHT Koalisiyası”nın “Zoom” vasitəsilə ikinci hibrid görüşü keçirilib. Tədbirdə inklüzivlik mövzusunda xarici və yerli vətəndaş cəmiyyəti təmsilçiləri geniş müzakirələr aparıb.

Görüşə Azərbaycan Milli QHT Foru­munun dəvəti ilə COP29-da BMT-nin İq­lim dəyişikliyi üzrə yüksək səviyyəli çem­pionu Nigar Arpadarai və COP29-un gənc iqlim çempionu Leyla Həsənova qonaqlar qismində qatılıblar. Təmsilçilərimiz onlara ünvanlanan sualları cavablandırıblar.

Qeyd edək ki, bugünlərdə “COP29 QHT Koalisiyası”na daha 9 ölkədən 15 xa­rici QHT qoşulub. Hazırda “COP29 QHT Koalisiyası”nda 39 ölkədən 123 xarici QHT təmsil olunur. Azərbaycan QHT-lərini isə koalisiyada milli çətir təşkilat olan Azərbay­can Milli QHT Forumu təmsil edir. 

Forumun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, son günlər Norveç, İspaniya, Rumıniya, Şri-Lanka və digər ölkələrdən də xarici QHT-lər Koalisiyaya qoşulub. Hazırda müraciətlərin davam et­diyini bildirən R. İskəndərli “COP29 QHT Koalisiyası”nı çox unikal bir platforma kimi dəyərləndirib. Onun sözlərinə görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında müşahidəçi statusa malik QHT-lərin birləş­diyi 9 həmfikir qrupdan olan 39 QHT də sözügedən koalisiyada təmsil olunur.

Ekologiya