Dayanıqlı “yaşıl tikinti” ilə bağlı hesabat hazırlanacaq

post-img

İqlim Çempionları Komandasının baş məsləhətçisi Alida Saleh COP29-a hazırlıq çərçivəsində keçirilən dəyirmi masada iqlim dəyişikliyinin qarşıda duran ən mühüm məsələlərdən biri olduğunu, bu istiqamətdə beynəlxalq qurumların qabaqcıl təcrübələrinin dərindən öyrənildiyini bildirib. A.Saleh daha sonra iqlimin təsirlərinin hazırda da müşahidə edildiyini vurğulayıb: “Bu məsələdə vacib məqamlardan biri budur ki, istilik emissiyalarını yaradan amilləri aradan qaldıraq və enerji səmərəliliyini yüksəldək. Belə bir prosesdə ədalətli keçid olmalıdır. Tikinti sektorunun ətraf mühitə böyük təsiri var. Belə ki, binalar emissiyaların 20 faizini, eyni zamanda, enerji təchizatının 40 faizini təşkil edir. Biz elə dayanıqlı həllərə baxmalıyıq ki, ətraf mühitə xeyirli olsun”. 

Baş məsləhətçinin sözlərinə görə, res­publikamızda hazırda elə yeni memarlıq layihələri var ki, yaxşı mənada insanlar heyrətləndirir. Eyni zamanda, hökumətin özəl sektora da ehtiyacı var. Özəl sekto­run ambisiyası və baxışı dövlətlə üst-üstə düşür. Azərbaycanda dayanıqlı “yaşıl ti­kinti” ilə bağlı hesabat hazırlanacaq və bu, COP29-dan sonra da davam edəcək.

Ekologiya