Ağdamda elektromobillər üçün enerjidoldurma cihazları istehsal olunacaq

post-img

Ağdam Sənaye Parkının rezidenti “Eel Electric” MMC tərəfindən Azərbaycanda ilk dəfə olaraq elektrikli avtomobillər üçün şarj (enerjidoldurma) cihazlarının istehsalı nəzərdə tutulur. 

Ötən müddətdə şirkətin elektrik payla­yıcı avadanlıqların və elektrik yuvalarının istehsalı müəssisəsində görülən işlərin 85 faizi yekunlaşıb. Artıq Türkiyə və Avro­panın qabaqcıl ölkələrindən avadanlıqlar gətirilib, yaxın vaxtlarda onların quraşdı­rılmasına başlanılacaq. Müəssisədə 35-10 kV daxili və xarici tip paylayıcı qurğular, 0,4 kV güc və idarəetmə panelləri, konden­sator qurğuları, müxtəlif güclərdə transfor­mator məntəqələrinin istehsalı həyata ke­çiriləcək.

Qeyd edək ki, Ağdam Sənaye Parkının 1,7 hektar ərazisində inşa edilən müəs­sisədə 70 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunan məhsulların, əsasən, Qara­bağda aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməsi planlaşdırılır.

Ekologiya