Abşeronda yağmursuz, bölgələrdə yağıntılı və dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeo­rologiya Xidmətinin verdiyi məlumata əsasən fevralın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcə­yi gözlənilir. 

Lakin gecə və axşam yarımadanın bəzi yerlərində qısa­müddətli yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 1-3°, gündüz 4-6° isti olacaq. Atmos­fer təzyiqi 773 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlər­də intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Müla­yim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 1-4°, gün­düz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 1°-dək isti olacaq. 

Q.QASIMOV
XQ

Ekologiya