Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatıb

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 9-u saat 18:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi güclənib.

Xidmətdən verilən məlumata görə, küləyin maksimal sürəti arabir Şahdağ, Daşkəsəndə 20, Kəlvəzdə 16, Bakıda və Abşeron yarımadasında isə 27-32 metr/saniyəyədək artıb.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatıb.

Ekologiya