Yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

post-img

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olaca­ğı, şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunun­dan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 faiz, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə leysan xa­rakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə in­tensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcə­yi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.

XQ

Ekologiya