Yeni süni zəka modeli

post-img

“Apple” şirkəti hazırda bir neçə süni zəka modelinin hazırlanması ilə məşğuldur Müəssisə bunu üçün müəyyən olunmuş mütəxəssis qrup­larına lazımi şərait yaradıb. 

“Apple”in nitq istiqamətində süni zəka modelinin hazırlanması ilə məşğul olan şö­bəsi Foundational Models adlanır. Bu şöbəyə 16 yüksək peşəkar mütəxəssis daxildir və on­ların arasında keçmiş “Google” mühəndisləri də var. Şöbəyə süni zəka şöbəsinin müdiri Con Giannandrea rəhbərlik edir.

Süni zəka texnologiyaları üzərində şirkə­tin digər komandaları da çalışırlar. Məsələn, “Visual Intelligence” adlı şöbə fotoların tər­tib edilməsi ilə məşğul olan süni zəka modeli üzərində işləyir. Digər bir komanda isə mətn­lərin tanınması və tərtibatı ilə məşğuldur. 

Xəbərdə həmçinin qeyd olunur ki, “App­le” indi “Ajax GPT” adlı təkmilləşdirilmiş dil modelinə sahibdir. Bu model özündə 200 milyard parametri birləşdirir və o, “OpenAI” şirkətinin “GPT-3,5” dil modelindən daha güclüdür.

XQ

Dünya