Xərçəngə qarşı kisellə?

post-img

SSRİ dövründə bütün ölkələrdə bağça, məktəb, xəstəxanaların məşhur içkisi – şirin olmayan qatı kisel orqanizmi xərçəngdən qoruyurmuş. Bu fikri qastroenteroloq Yelena Manelo danışarkən deyib. 

O qeyd edib ki, təəssüf ki, bu gün unudulan, uşaq və gənc­lərin tanımadığı meyvəli, kəmşirin kisellər, hazırda çoxları üçün problem olan arıqlamaq üçün də ideal içkidir. O, turşuluğu salır, qıcqırmanın qarşısını alır, mədənin selikli qişasını qoruyur.

Kisel, eləcə də, bağırsaqda faydalı bifido və laktobakteriyaları artırır.

Həkim, həmçinin kiselin digər möcüzəvi təsiri – hüceyrələri sərbəst radikallardan qoruması, iltihabi prosesləri azaltması, bu­nunla da xərçəngin qarşısını alması barədə də fikir bildirib. O deyib ki, kisel C, A, B vitaminləri ilə zəngindir və tərkibində olan metionin qaraciyər üçün vacibdir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat