Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 17-də Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 21-26°, gündüz 33-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80 , gündüz 30-40 faiz olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27°, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-25°, gündüz 35-40°, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacaq.
Q. QASIMOV, “Xalq qəzeti”

