Xiaomi “CyberDog” səsli əmrləri qəbul etmək üçün müxtəlif funksiyaları yerinə yetirə bilən yeni məhsulunu təqdim edib.
Robot süni intellekt ilə dəstəklənən kamera, 4 ToF sensoru, RGB kamera, LiDAR sensoru, balıqgözü obyektiv və güc sensoru kimi görmə, toxunma və eşitmə qabiliyyətini təkmilləşdirən bir sıra xüsusiyyətlərə malikdir. Yeni məhsulun qiyməti “təxminən” 1800 dollar olaraq müəyyən edilib.
F. SALMANOVA, “Xalq qəzeti”

