Plastik tullantıdan sabun

post-img

Virciniya Texnologiya İnstitutunun mütəxəssisi Guoliang Liu polietileni sabunun, yuyucu vasitələrin və digər məhsulların istehsalında istifadə edilən yağ turşularına çevirməyin üsulunu kəşf edib. Bu, plastik tullantıları təkrar emal etməklə yanaşı, həmçinin gigiyena vasitələrinin istehsalındakı xərcləri aşağı salacaq. 

Polietilen və polipropilen plastik materiallar arasında geniş yayılmış növlərdir. Hər iki növ plastik tullantıla­rın yarısını təşkil edir. Bu isə il ərzində 200 milyon tona yaxın plastik tullantı deməkdir. Tullantıların 80 faizi zibilxa­nalara atılır, 10 faizi isə təkrar emal edilir. 

Qeyd edək ki, mütəxəssisin yeni üsulu nəzəri cəhətdən 200 milyon ton plastik tullantını saysız-hesabsız say­da sabuna çevirə biləcək. 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Dünya