Mütəxəssislər bildirirlər ki, dəfnə yarpağı mədə-bağırsaq sistemi ilə yanaşı, ürək-damar sisteminə də müsbət təsir edir. Onun tərkibində olan üzvi birləşmələrin faydaları çoxdur. Bunlar hansılardır?
1. Dəfnə qıcıqlanmış bağırsaq sindromunu sakitləşdirir, pozulmuş həzmi bərpa edir. Tərkibində olan fermentlər həzmi yaxşılaşdırır.
2. Diabetlər üçün insulin funksiyasını artırır, hipoqlikemiyanın qarşısını alır.
3. Əsəbi və nevroz olanlar da dəfnə çayı içə bilər. O, stress və təşviş hallarını aradan qaldırır, yuxusuzluğu müalicə edir.
4. Dəfnə yarpaqlarında olan rutin və turşular kapilyarların divarını möhkəmlədir, zərərli xolesterini azaldır, əzələ iltihabı ilə mübarizə aparır.
5. Revmatizm xəstəliyi zamanı yaranan iltihabı azaldır.
6. Bu bitki A, C vitaminləri ilə zəngin olduğundan immuniteti də yüksəldir.
Z.HÜSEYNLİ, “Xalq qəzeti”

