Oktyabrın 2-də axşam saatlarında Cənubi Kaliforniyadakı neft emalı zavodunda yanğın baş verib. Bu barədə “Fox 11” telekanalı xəbər verib.
“Yanğınsöndürənlər El Sequndoda yerləşən “Şevron” neft emalı zavodunda güclü yanğınla mübarizə aparırlar”, - nəşr yazıb.
Cənub körfəzi boyunca yanğınsöndürmə bölmələri alovun söndürülməsinə kömək etmək üçün cəlb olunub. Telekanalın məlumatına görə, yanğının səbəbi məlum deyil. Xəsarət alanlar barədə məlumat verilməyib.
Sentyabrın 29-da İndoneziyanın Cakarta şəhərində baş vermiş güclü yanğının 300-dən çox yaşayış binasını dağıtdığını, təxminən 1200 nəfərin evsiz qaldığını bildirilmişdi. Yanğın 10 min kvadratmetrdən çox ərazini əhatə etmişdi.
P.Əmircanov
XQ