İstanbulda Rusiya və ABŞ nümayəndə heyətlərinin ikinci görüşü keçirilir.
AZƏRTAC xəbər verir ki, Rusiyanın İstanbuldakı baş konsulluğunda başlayan görüşdə heyətlərin iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətə başlaması məsələsi müzakirə olunur.
Görüşdə Rusiya heyətinə bu ölkənin Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, ABŞ heyətinə isə ABŞ Dövlət Departamentinin Rusiya və Mərkəzi Avropa üzrə məsləhətçisinin müavin Sonata Coulter rəhbərlik edirlər.
Toplantı ilə bağlı açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce bu görüşdə yalnız diplomatik fəaliyyətlərin müzakirə olunacağını, gündəmdə nə Ukraynanın, nə də hansısa digər siyasi və ya təhlükəsizlik məsələlərinin yer almayacağını deyib.
Xatırladaq ki, nümayəndə heyətləri ilk dəfə fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir araya gəliblər. Tərəflər arasındakı ikinci görüş isə fevralın 27-də İstanbulda baş tutub.Rus