Gimnaziada millimiz medal sayını 53-ə çatdırıb

post-img

Taekvondo komandamız 19 mükafat qazanıb Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.

Yarışın 4-cü günündə taekvondoçularımız daha 9 qızıl və 1 gümüş medal qazanıblar. Bununla da, dayanq ustalarımız Oyunlarda döyüş üzrə ümumilikdə 10 qızıl, 3 gümüş və 3 bürünc medala yiyələniblər.

Dünən həmçinin, taekvondoçuların pumse üzrə yarışları təşkil edilib. Azərbaycan millisi turnirdə 3 qızıl medal əldə edib. Beləliklə, Azərbaycan yığması medal sayını 53-ə çatdlrıb.

Xatırladaq ki, aprelin 12-dək davam edəcək və 56 ölkədən 2 min 742 idmançının mübarizə apardığı yarışda Azərbaycan 18 idman növündə, ümumilikdə, 191 atletlə təmsil olunur.

L.QURBANOVA
XQ

 



İdman