Su-25 təyyarəsi Primorsk diyarında planlı təlim uçuşu zamanı qəzaya uğrayıb. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlunatına görə, uçuş döyüş sursatı olmadan həyata keçirilib və təyyarə yaşayış olmayan əraziyə düşüb. Pilot qəzadan xilas ola bilib.
Müdafiə Nazirliyi pilotun axtarış-xilasetmə qrupu tərəfindən eniş yerindən təxliyyə edildiyini dəqiqləşdirib. Onun həyatı üçün təhlükə yoxdur, dağıntı qeydə alınmayıb. İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub. TASS xəbər verir ki, qəza yerinə Rusiya Aerokosmik Qüvvələrinin komissiyası gedib.
S.ELAY
XQ