Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının qiymətli nəşrlərindən sayılan “44 gun – Tarixi zəfər” coxcildliyinin 4-cü nəşri Azərbaycan və ingilis dillərində işıq üzü görüb.
Kitabın baş redaktoru Nəzakət Məmmədova XQ-yə açıqlamasında bildirib ki, redaksiya ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və ensiklopedik tarixi salnamə baxımından əvəzsizdir. Respublika Xatirə Kitabında, əsasən, İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, milli qəhrəmanlarımız haqqında əhatəli materiallar cildlərə salınır. Yaddaşımızın abidəsi adlandırılan bu kitabda tarixin səs-sədası, milli kimliyimiz örnək nüanslar kimi səciyyələnir.
Ensiklopediyanın növbəti cildində Sumqayıt şəhəri və Abşeron rayonundan olan şəhidlər haqqında əlifba sırası ilə məlumatlar yer alıb.
Əli NƏCƏFXANLI
XQ

