Avropa İttifaqının Genişlənmə üzrə Komissarı Ukraynanın Aİ-yə qəbulu üçün bütün klasterlərin açılması üçün iyul ayına son tarix təyin edərək üzv dövlətləri prosesi sürətləndirməyə çağırıb. Macarıstanın yeni təyin olunmuş Baş naziri Peter Macarın bu işdə əsas rol oynayacağı gözlənilir.
Məlumatı “Euronews” verib.
Genişlənmə üzrə Avropa Komissarı Marta Kos Aİ-yə üzv dövlətləri aylardır davam edən çıxılmaz vəziyyətdən çıxmaq üçün iyul ayına qədər Ukrayna və Moldovanın Aİ-yə qəbulu ilə bağlı bütün danışıqlar qruplarını açmağa çağırıb. Onun sözlərinə görə, Brüssel Macarıstanın yeni rəhbərliyinin vəzifəyə başlaması ilə fürsət pəncərəsi görür.
O, bazar ertəsi günü Brüsseldə jurnalistlərə bildirib: “Mən bütün üzv dövlətləri bütün klasterləri rəsmi olaraq yenidən açmağa təşviq edəcəyəm. Biz çoxlu ilkin iş görmüşük, ona görə də hər şey bunun üçün hazırdır”.
Kosun sözlərinə görə, ilk danışıqlar qrupu iyun ayında Kiprin rotasiya qaydasında Aİ-yə sədrliyi dövründə, qalan beş qrup isə iyul ayında İrlandiyanın bu rolu öz üzərinə götürdüyü zaman açıla bilər. Komissar həmçinin qeyd edib ki, Ukraynanın aylarla davam edən vetosunu ləğv edən Macarıstan istisna olmaqla, Kiyev Aİ-yə üzv dövlətlər tərəfindən dəstəklənən 90 milyard avroluq kreditin ilk tranşını alacaq.
P.ƏMİRCANOV
XQ
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

