Tramp: Con Kennedinin qatilinə "kömək ediblər"

post-img

ABŞ prezidenti Donald Tramp Con Kennedinin qatilinin təkbaşına hərəkət etdiyinə inanmır. Radio aparıcısı Clay Travis ilə söhbətində Ağ evin rəhbəri Li Harvi Osvalda "kömək edildiyini" söyləyib.

Jurnalist cənab Trampdan 1963-cü ilin noyabrında Con Kennedinin öldürülməsi ilə bağlı əvvəllər məxfiləşdirilmiş FTB-nin on minlərlə sənədləri haqqında soruşub: "Siz bu sənədlərin ictimaiyyətə açıqlanmasını əmr etdiniz. Siz hələ də Osvaldın Kennedini öldürdüyünü düşünürsünüzmü?". "Bəli. Mən həmişə bu versiyaya meyl etmişəm, lakin təbii ki, ona kömək ediblər”, - deyə prezident cavab verib.

Eyni zamanda, cənab Tramp məxfilikdən çıxarılan sənədlərin özünü “təəssürat yaratmayan” adlandırıb ki, bu da onun nöqteyi-nəzərindən “yəqin ki, pis bir şey deyil”. Donald Tramp Osvaldın şəriklərinin olması ilə bağlı təxminlərini nəyə əsaslandırdığını açıqlamayıb.

Xatırladaq ki, martın 19-da ABŞ Milli Arxivi Amerikanın 35-ci prezidenti Con Kennedinin ölümü ilə bağlı dəlilləri açıqlayıb. Kennedinin qardaşı Robert və ictimai xadim Martin Lüter Kinqin qətli ilə bağlı sənədlər də məxfilikdən çıxarılıb. Bu sənədlərin dərci ilə bağlı sərəncamı yanvarın 23-də Donald Tramp imzalayıb.

S.ELAY

XQ

Dünya