Peskov: Rusiya və ABŞ Ər-Riyadda Qara dəniz təşəbbüsünü müzakirə edir

post-img

Rusiya Federasiyası ilə ABŞ arasında Ər-Riyadda keçirilən danışıqlarda Qara dəniz təşəbbüsünün yenilənməsi məsələsi və bununla bağlı aspektlər müzakirə olunur. Bu barədə bazar ertəsi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuat konfransı zamanı bildirib.

“Biz ondan çıxış edirik ki, bu gün gündəmdə Qara dəniz təşəbbüsü məsələsi və bu təşəbbüsün bərpası ilə bağlı bütün aspektlər var”, - deyə cənab Peskov jurnalistlərə bildirib.

“Biz ondan çıxış edirik ki, bu gün gündəmdə Qara dəniz təşəbbüsü məsələsi və bu təşəbbüsün bərpası ilə bağlı bütün aspektlər var”, - deyə Peskov jurnalistlərə bildirib.

Dmitri Peskov Qara dəniz təşəbbüsünün müzakirəsinin ABŞ prezidenti Donald Trampın təşəbbüsü olduğunu da bildirib. Onun təklifi Vladimir Putin tərəfindən bəyənilib.

Ər-Riyadda Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqlar bazar ertəsi səhər başlayıb. Rusiya tərəfinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və FSB direktorunun müşaviri Sergey Beseda rəhbərlik edir. "Reuters"in məlumatına görə, Amerika nümayəndə heyətini Milli Təhlükəsizlik Şurasının Avropa və Rusiya məsələləri üzrə sabiq baş direktoru Endryu Pik və ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Maykl Anton təmsil edir.

S.ELAY

XQ

Dünya