Avropa İttifaqı Macarıstanın Rusiyaya qarşı sanksiyaların uzadılmasının qarşısını ala biləcəyi ehtimalından narahatdır.
AZƏRTAC xəbər verir ki, “Euractiv” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Sanksiyaların uzadılması üçün martın 15-dək bütün üzv ölkələrin yekdil dəstəyi təmin edilməlidir və bu, Budapeştin razılığı olmadan həyata keçirilə bilməz.
Bir müddət öncə, Macarıstan səkkiz nəfəri sanksiya siyahısından çıxarmağa və Rusiyadan qaz tranziti barədə Ukrayna ilə aparılan danışıqlarda yeni güzəştlərə nail olmağa çalışdığını bildirib.
Qeyd edək ki, hazırda Avropa İttifaqının Rusiyaya qarşı sanksiya siyahısında 2,4 mindən çox fiziki və hüquqi şəxs var.