"Reuters": ABŞ bir neçə ölkə vətəndaşlarına giriş qadağası qoyur

post-img

Hələ gələn həftə Pakistan və Əfqanıstan vətəndaşları üçün ABŞ-a giriş qadağası qüvvəyə minə bilər. Bu barədə "Reuters"ə üç məlumatlı mənbə bildirib və həmçinin qeyd edib ki, bu qadağa digər ölkələrin vətəndaşlarına da şamil oluna bilər, baxmayaraq ki, agentliyin mənbələri hansıların olduğunu dəqiqləşdirməyib.

Yeni qadağa Xüsusi İmmiqrant Viza proqramı çərçivəsində artıq Birləşmiş Ştatlara giriş icazəsi almış on minlərlə əfqan üçün ciddi nəticələr verə bilər. Bu proqram çərçivəsində vizalar 2021-ci ildə Taliban hərəkatı hakimiyyətə gələnə qədər Amerika hökumətinə yardım etmiş Əfqanıstan vətəndaşlarına verilir.

"Reuters" xatırladır ki, oxşar qadağalar Donald Trampın ilk prezidentlik dövründə, əsasən müsəlman olan yeddi ölkənin vətəndaşlarını əhatə edən zaman tətbiq edilib. Bu siyasət zamanla çoxsaylı dəyişikliklərə və düzəlişlərə məruz qalmış və 2018-ci ildə ABŞ Ali Məhkəməsi tərəfindən təsdiq edilmişdi. Bununla birlikdə, 2021-ci ildə Bayden administrasiyası qadağanı ləğv etdi.

S.ELAY

XQ

Dünya