Çin 100 kilometri “görən” kamera yaradıb

post-img

Çin xarici hərbi peykləri izləmək üçün dünyanın ən güclü kamerasını yaradıb. Lazer əsaslı kamera Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqatları İnstitutunda hazırlanıb.

Bildirilir ki, kamera Sinxay gölündə aparılan sınaqlar zamanı 100 kilometrdən çox məsafədən bir neçə millimetr dəqiqliklə görüntülər çəkib. Əvvəllər belə nəticələr qeyri-mümkün hesab edilirdi.

Geniş profilli lazer, real vaxt rejimində kameranın aldığı məlumatlar rəqəmsal emalı sistemi ilə birləşərək, diametri 1,7 millimetrə qədər olan detalları görməyə və 15,5 millimetr dəqiqliklə obyektlərə olan məsafəni təyin etməyə imkan verir. Bu, obyektiv teleskop və kameralardan dəfələrlə güclüdür. Mütəxəssislərin fikrincə, yeni kameradan istifadə etməklə kosmik peykin seriya nömrəsini oxumaq mümkündür.

Gələcəkdə analoji qurğular kosmosda yerləşdirilə bilər ki, bu da ən kiçik detalları, o cümlədən yerdə insanları simalarına görə fərqləndirməyə imkan verəcək.

XQ

Dünya