“Drakula open”də 9 mükafat

post-img

Rumıniyada gənc boksçular arasında keçirilən “Drakula open” beynəlxalq turnirinə yekun vurulub. 23 ölkənin qatıldığı yarışı Azərbaycan millisi 4 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.

Bilalhəbaşi Nəzərov (51 kq), Zidan Hümbətov (54 kq), Sübhan Babayev (57 kq), Məhəmməd Cəfərov (+92 kq) qızıl medal qazanıb. Digər boksçulardan Hikmət Məmmədov (48 kq) gümüş, Baqir Əmirxanlı (60 kq), Abbasqulu Şadlinski (75 kq), Mircəlal Mirağayev (80 kq) və Hüseyn Hüseynli (92 kq) bürünc medala yiyələnib.

“Drakula open”də, ümumilikdə, 9 mükafata sahib olan Azərbaycan yığması komanda hesabında 2-ci yeri tutub.

Leyla QURBANOVA
XQ

İdman