Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku uğurla başa çatıb. İki gün davam edən yarışda 15 ölkədən idmançılar fərdi və sinxron proqramlar üzrə mübarizə aparıblar.
Azərbaycan gimnastları Dünya Kubokunu 3 medalla başa vurublar. Tamblinq üzrə millinin üzvlərindən Adil Hacızadə qızıl, Tofiq Əliyev isə gümüş mükafata sahib çıxıb. Turnirdə ilk dəfə olaraq batut gimnastikası üzrə qarışıq sinxron cütlüklər çıxış ediblər. Bu növ üzrə Selcan Mahsudova və Əli Niftəliyev cütlüyü bürünc medala yiyələnib.
Azərbaycan yarışda 9 idmançı ilə təmsil olunub.
Leyla QURBANOVA
XQ