Misli Premyer Liqasında 28-ci tur

post-img

Dünən Misli Premyer Liqasında 28-ci tura start verilib. “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gəlib. Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutan qarşılaşma qərb təmsilçisinin qələbəsi ilə başa çatıb–3:0. Tovuz klubu 55 xalla üçüncü, Naxçıvan təmsilçisi 39 xalla altıncı pillədə qərarlaşıb.

Günün ikinci matçında “Neftçi” səfərdə “Zirə”nin qonağı olub. “Zirə” İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Rəqibindən bir oyun az keçirən “ağ-qaralar” 44 xalla beşinci, meydan sahibləri 45 xalla dördüncü sıradadır.

Tura aprelin 19-da yekun vurulacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman