ABŞ prezidenti Donald Tramp Ukraynanı Kiyevə dəstək üçün xərclənən pulu geri qaytarmağa kömək edəcəyini düşündüyü minerallar sazişini pozmaqda ittiham edib.
Mayamidə keçirilən forumda Tramp deyib: “Bizim minerallarla bağlı müqaviləmiz var idi və onlar iki gün əvvəl bu müqaviləni pozdular”. O, çıxışında Ukrayna prezidenti Vladimir Zelenskiyə hücumlarını davam etdirib.
O, həmçinin ABŞ-ın Ukraynaya 350 milyard dollar xərclədiyini, lakin Avropadan fərqli olaraq bunun üçün heç nə almadığını bildirib. "ABŞ bunun müqabilində heç nə almadığı halda, onlar [Avropa] pullarını geri alırlar", - Tramp öz fikrini bildirib.
Reuters-in mənbələrə istinadən verdiyi məlumata görə, Ağ Ev Ukraynaya sadələşdirilmiş sövdələşmə təklif edə və sazişin təfərrüatlı şərtlərini daha sonra müzakirə edə bilər.
S.ELAY
XQ