KİV: Tramp administrasiyası ABŞ-ın hərbi büdcəsini azaltmağı planlaşdırır

post-img

ABŞ-ın müdafiə naziri Pit Heqset Pentaqona və hərbi rəhbərlərə qarşıdakı beş il ərzində müdafiə büdcəsini hər il 8 faiz azaltmaq planları hazırlamağı tapşırıb.

Memorandumda Heqset 24 fevrala qədər Pentaqon xərclərinin azaldılmasında dəyişikliklər hazırlamağı xahiş edir və Tramp administrasiyasının büdcədən çıxarmaq istədiyi 17 kateqoriyanın siyahısını təqdim edir.

“Bunlara ABŞ-ın cənub sərhədində əməliyyatlar, nüvə silahlarının və raket əleyhinə müdafiənin modernləşdirilməsi, eləcə də birtərəfli pilotsuz uçuş aparatlarının və digər döyüş sursatlarının alınması daxildir”, - deyə məlumatda bildirilir.

Donald Tramp daha əvvəl müdafiə xərclərini “milyarlarla dollar” azaltmaq niyyətini şəxsən dəstəkləyib.

Büdcənin beş il ərzində hər il 8% ixtisar edilməsi o deməkdir ki, bu müddət ərzində büdcə təxminən 34% azalmalıdır. Bu, 2013-cü ildən bəri ən böyük belə azalma olacaq.

S.ELAY

XQ

Dünya