Fevralın 20-də Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında öldürülən girovların meyitlərini İsrail tərəfinə təhvil verəcək.
AZƏRTAC xəbər verir ki, müvafiq bəyanatı HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu Ubeydə yayıb.
Onun sözlərinə görə, həlak olanların hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində ölüb.