Müharibə zamanı seçkilər: Britaniyanın baş naziri deyir ki, onları keçirməmək daha doğrudur

post-img

Böyük Britaniyanın baş naziri Kir Starmer "müharibə zamanı seçkiləri dayandırmağın tamamilə məntiqli olduğunu" söyləyib.

"Baş nazir Ukraynanın demokratik yolla seçilmiş lideri kimi prezident Zelenskiyə dəstəyini ifadə edib və Böyük Britaniyanın İkinci Dünya müharibəsi zamanı etdiyi kimi, müharibə dövründə seçkiləri dayandırmağın tamamilə ağlabatan olduğunu söyləyib", - Britaniya hökumətinin bəyanatında deyilir.

Eyni zamanda, Böyük Britaniyanın baş naziri ABŞ-ın Ukraynada sülhə nail olmaq səylərini dəstəklədiyini bildirib.

Ukraynada prezident seçkiləri mövzusu çərşənbə axşamı ABŞ və Rusiya nümayəndələrinin Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqlarından sonra yenidən güclənib. Onların ardınca Tramp bəyan etməyə başlayıb ki, Ukraynaya seçki lazımdır.

Məlum olduğu kimi, seçkilərin keçirilməsi tələbi Rusiya prezidenti Vladimir Putinin əsas tələblərdən biridir.

S.ELAY

XQ

 

Dünya