“Ceyms Uebb” “Eynşteyn ziqzaqı”nı təsdiqləyib

post-img

“James Webb” Kosmik Teleskopu əvvəllər “Eynşteyn ziqzaqı” kimi tanınan fenomenin mövcudluğunu təsdiqləyib. Bu effekt J1721+8842 sistemində aşkar edilib. Bir kvazardan (Yüksək enerji və parlaqlığa sahib göy cismidir) gələn işıq əyri boşluğun iki müxtəlif bölgəsindən keçərək obyektin 6 eyni nüsxəsini yaradıb.

Alimlər əvvəlcə J1721+8842-nin 3 dəfə linzalanmış qoşa kvazar olduğunu inanırdılar. JWST köməyi ilə əldə edilən yeni məlumatlar göstərdi ki, 6 işıq nöqtəsinin hamısı eyni kvazara aiddir. İki ən zəif təsvir, hər bir linazalanmış obyektin qarşı tərəfindən keçərək “Eynşteyn ziqzaqı” adlanan unikal konfiqurasiyanı meydana gətirir. Obyektinin əks tərəflərini əhatə edir.

"Eynşteyn halqaları" və "Eynşteyn ziqzaqları" kimi qravitasiya linzalı obyektlər astronomiya və kosmologiyada mühüm rol oynayır. Onlar alimlərə linza kimi fəaliyyət göstərən qalaktikaların kütləsini müəyyən etməyə, qaranlıq maddə və qaranlıq enerji kimi fundamental hadisələri öyrənməyə imkan verir. Teleskop kainatın uzaq yerlərində belə obyektlərin aşkarlanmasını xeyli asanlaşdırıb.

PÜNHAN
XQ

Dünya