Trampla Putin arasında telefon danışığı

post-img

ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Tranp Rusiya-Ukrayna müharibəsində deeskalasiyaya çağırıb. 

“The Washington Post”un söhbətdən xəbəri olan mənbələrə istinadən verdiyi məlumata görə, Trampla Putin arasında seçkidən sonra noyabrın 7-də telefon danışığı olub.

Tramp Putinə xatırladıb ki, “Vaşinqton Avropada əhəmiyyətli hərbi mövcudluğa malikdir”.

ABŞ-nin yeni seçilmiş prezidenti Tramp Putini Rusiya-Ukrayna müharibəsində gərginliyi azaltmağa çağırıb.

Telefon danışığı barədə Ukrayna rəhbərliyinə məlumat verilib.

Putin noyabrın 7-də Trampı təbrik edib və onunla danışmağa hazır olduğunu bildirib.

Seçki kampaniyası zamanı Tramp deyib ki, o, Rusiya-Ukrayna müharibəsini “dərhal” bitirə bilər.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya