İsrail İrana zərbə endirmədən öncə üçüncü tərəf vasitəsilə Tehrana xəbərdarlıq göndərib.
“Axios” portalı bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
“İsrail hansı obyektlərə hücum edəcəyi ilə bağlı İranı əvvəlcədən məlumatlandırıb”, - deyə mənbələrdən biri bildirib.
Məlumata görə, xəbərdarlığın məqsədi Tehranı cavab tədbiri görməkdən çəkindirmək, İran və İsrail arasında davam edən zərbə mübadiləsini məhdudlaşdırmaq və daha geniş eskalasiyanın qarşısını almaqdır.
Təl-Əviv, eyni zamanda, İranın qisas alacağı və vətəndaşları arasında itkilərin olacağı təqdirdə daha ciddi zərbələr endirəcəyi ilə bağlı xəbərdarlıq edib.
Məlumatda, həmçinin vurğulanır ki, ABŞ İrana qarşı əməliyyatda iştirak etməyib, lakin Tehranın buna cavab verəcəyi təqdirdə İsraili müdafiə etməyə hazırdır.
“Bu əməliyyat İran və İsrail arasında birbaşa hərbi münaqişəyə son qoymalıdır”, - deyə ABŞ rəsmisi qeyd edib. Onun sözlərinə görə. İran İsrailə yenidən hücum etsə, ağır nəticələrlə üzləşəcək.