Cin Tayvan ətrafında hərbi təlimlərə başlayıb

post-img

Oktyabrın 14-də Çin Xalq Azadlıq Ordusunun Tayvan boğazında “Birgə Qılınc 2024B” adlı hərbi təlimi başlayıb. Bu barədə Çin ordusunun Şərq Bölgəsi Döyüş Komandanlığının nümayəndəsi, baş polkovnik Li Xi bildirib. Xəbəri “İzvestiya.ru” verib. 

“Təlim Tayvanın müstəqillik tələb edən qüvvələrinin separatçı fəaliyyətinə sərt xəbərdarlıq rolunu oynayır. Bu, milli suverenliyi və birliyi qorumaq üçün qanuni və zəruri bir əməliyyatdır”, - deyə Çin Müdafiə Nazirliyinin saytında bildirib.

Xi həmçinin deyib ki, müxtəlif hərbi qüvvələrdən olan əsgərlər Tayvan sahillərində birgə təlimlərdə iştirak edəcəklər. Əsas diqqət hava-dəniz döyüşləri və patrul xidməti, həmçinin əsas limanların blokadası, dəniz və yerüstü hədəflərin hücumuna yönəldiləcək. Bu yolla əsgərlərin birlikdə hərəkətə hazırlığı yoxlanılacaq.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya