Avstriyada parlament seçkiləridə Rusiyanı dəstəkləyən partiya qalib gəlib

post-img

Avstriya parlamentinə keçirilən seçkilərdə bütün bülletenlərin emalı nəticəsində məlum olub ki, birinci yeri anti-Rusiya sanksiyalarına qarşı çıxan Avstriya Azadlıq Partiyası (AAP) tutub. 

Bu barədə ORF telekanalına istinadən “İzvestiya.ru” məlumat yayıb.

“AAP parlament seçkilərində tarixi qələbə qazanıb. Nəticələrə görə, o cümlədən səsvermə vəsiqəsinin proqnozuna görə, onlar birmənalı olaraq birinci yeri tutublar”, - deyə məlumatda bildirilir.

Beləliklə, liderlər 28,8 faiz səs toplayıb. İkinci yeri 26,3 faizlə Avstriya Xalq Partiyası, üçüncü yeri isə 21,1 faizlə Avstriya Sosial Demokrat Partiyası tutub.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya