Pakistanda son bir sutkada 25 adam yağış və daşqınların qurbanı olub

post-img

Son günlər Pakistanın Xayber-Paxtunxva əyalətində yağan güclü musson yağışları müxtəlif fəsadlar törədib, çox sayda ev zərər görüb. 

Pakistan mətbuatının yaydığı məlumata görə təbii fəlakət zamanı Xayber-Paxtunxva əyalətində 22 adam həyatını itirib, çoxlu yaralının olduğu bildirilir.

Ölkənin Sinqh əyalətində  isə yağış və daşqınlar nəticəsində 3 nəfər həlak olub. Əhali təbii fəlakət zonasından təhlükəsiz ərazilərə köçürülür, onlar ərzaq və dərmanlarla təchiz edilir. 

Əyalətin Kaghan bölgəsində şiddətli yağışlar bir körpünü dağıdıb və minlərlə turistlə əlaqə kəsilib.

Pakistanın baş naziri Şahbaz Şərif Fövqəladə Hallar Agentliyinə təcili tədbirlər görülməsi ilə bağlı göstəriş verib.

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

İslamabad

 

 

 

Dünya