Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi olacaq?

post-img

Sloveniyanın N1 telekanalı yaxın saatlarda Rusiya, ABŞ, Almaniya və Belarus arasında böyük məhbus mübadiləsinin baş tutacağını bildirib. Telekanal məlumatın mənbələrini açıqlamasa da, onu etibarlı adlandırır.

Kanalın nəşri bildirir ki, mübadilə çərçivəsində casusluqda ittiham olunan iki rusiyalı Artem və Anna Dultsev Sloveniyadan çıxarılacaq. Sloveniyada özlərini Argentina vətəndaşları Lüdviq Qiş və Mariya Rosa Mayer Munoz kimi təqdim ediblər. 2022-ci il dekabrın əvvəlində onlar Rusiya kəşfiyyat xidmətləri üçün casusluqda şübhəli bilinərək həbs ediliblər. Lyublyana məhkəməsi onları 1,7 il həbs cəzasına məhkum edib. Kanalın materialında Sloveniya hüquq-mühafizə orqanlarının onları deportasiya etmək qərarına gəldiyi bildirilir.

N1-in məlumatına görə, Rusiya mübadilə çərçivəsində Almaniyada cəza çəkən və çeçen səhra komandiri Zelimxan Xanqoşvilinin qətlində təqsirli bilinən Vadim Krasikovu geri qaytara bilər. Kanalın materialında bildirilir ki, mübadilədə iştirak edən ölkələr Vadim Krasikovu siyahıya salmaq üçün Qərbə təzyiq edirlər. N1 nümunə kimi Almaniya vətəndaşı Riko Krigerə qarşı cinayət işini göstərib. Belarusda terror aktı hazırlamaqda ittiham olunaraq güllələnmə cəzasına məhkum edilib. Bir gün əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko onu əfv edib. Kanalın materialında Riko Krigerin mübadilədə iştirak edib-etmədiyi barədə məlumat verilmir.

Mübadilənin digər iştirakçısı, casusluq ittihamı ilə 16 il cəza koloniyasına məhkum edilmiş Wall Street Journal-ın jurnalisti Evan Gershkoviçin da adı çəkilir. İyulda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika və Rusiya xüsusi xidmət orqanları arasında jurnalistin mümkün mübadiləsinin müzakirə edildiyini bildirmişdi.

Bu gün səhər saatlarında RİA Novosti bir neçə rusiyalı haqqında məlumatların ABŞ həbsxana məlumat bazasından yoxa çıxdığını bildirib. Söhbət Aleksandr Vinnik, Maksim Marçenko, Vadim Konoşenko, Vladislav Klyuşin və Roman Seleznevdən gedir. Sonuncu Reuters mənbələri tərəfindən mübadilə üçün namizəd kimi göstərilib. Alexander Vinnikin vəkili RİA Novosti-yə müsahibəsində bildirib ki, o, Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi ilə bağlı şayiələri “baş verənə qədər” şərh edə bilməyəcək.

Vəkillərin sözlərinə görə, iyulun 29-u və 30-da bir neçə nəfər də Rusiya koloniyalarından çıxarılıb. Söhbət İlya Yaşindən (xarici agent), Aleksey Navalnının Ufa və Tomskdakı qərargahının keçmiş rəhbərlərindən (qərargahlar şəbəkəsi ekstremist təşkilat kimi tanınıb və Rusiya Federasiyasında qadağan edilib), Liliya Çanışeva və Kseniya Fadeyevadan, rəssam Saşa Skoçilenkodan gedir. Bu gün, iyulun 31-də koloniyalardan götürülən məhbusların siyahısına siyasətçi Vladimir Kara-Murza (xarici agent), jurnalist Mariya Ponomarenko və amerikalı hərbçi Pol Uilan əlavə edilib.

İyulun 30-da Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçeva təklif edib ki, məhbuslar dəyişdirilməyə hazırlaşmaq üçün həbs yerlərindən çıxarıla bilər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mübadilə ilə bağlı suala belə cavab verib: “Biz bu mövzunu şərh etmirik”. ABŞ, Almaniya və Belarusun səlahiyyətli nümayəndələri də bu mövzunu şərh etməyiblər.

S.ELAY

XQ

 

Dünya