Cari ilin birinci yarısında Çində 32,4 milyarddan çox regionlararası səfər qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə ÇXR Nəqliyyat Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. Məlumata görə, həmin dövr ərzində ölkədə yük daşımalarının həcmi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 4,6 faiz artaraq 8,56 milyard tona çatıb.
Həmçinin yanvar-iyun aylarında ölkənin nəqliyyat sektoruna sərmayə yatırımı 1,7 trilyon yuan (təxminən 238 milyard dollar) təşkil edib.