İstanbulda PKK-nın 13 tərəfdarı saxlanılıb

post-img

İstanbulda PKK terror təşkilatının fəaliyyətinin aşkara çıxarılması və qarşısının alınması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

AZƏRTAC xəbər verir ki, İstanbul Təhlükəsizlik Baş İdarəsinin terrorla mübarizə və kəşfiyyat şöbələri tərəfindən şəhərin yeddi rayonunda keçirilən əməliyyat zamanı PKK ilə əlaqəsi olmaqda şübhəli bilinən 13 nəfər saxlanılıb.

Onların sosial media hesabları vasitəsilə PKK/KCK terror təşkilatını təqdir edən və dəstəkləyən mahnıların müşayiəti ilə terrorun təbliğatını apardıqları müəyyən olunub.

Əməliyyat zamanı terror təşkilatına aid rəqəmsal materiallar ələ keçirilib.

Dünya